Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda müxtəlif ölkələrin milli domen qeydiyyatçılarının beynəlxalq konfransı keçirilir


Bakıda sentyabrın 10-12-də MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorlarının və qeydiyyatçılarının 7-ci beynəlxalq konfransı (TLDCON' 2014) keçiriləcək.

Tədbirdə MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorları və qeydiyyatçıları  "New gTLD" proqramının ilk nəticələri, qeydiyyat strukturlarının və qeydiyyatçıların qarşılıqlı fəaliyyət istiqamətləri, qeydiyyat biznesi, istifadəçilər ilə əməkdaşlığın yeni modelləri, qlobal internetin inkişafının hüquqi aspektləri, təhlükəsizlik və DNS mövzuları ətrafında  müzakirələr aparacaqlar.

Müxtəlif ölkələrin yüksəksəviyyəli milli domenlərin aparıcı qeydiyyatçıları və administratorlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirlməsi məqsədi ilə keçirilən tədbiri, İnternet Şəbəkəsində Milli Domenin Əlaqələndirmə Mərkəzi təşkil edir.
 
Ekspertlərin fikrincə, internet bazarında biznesin qloballaşması və biznes- modellərin dəyişməsi fonunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal domen adları bazarının inkişafı üçün yeni imkanlar yaratmaq vacibdir.
 
Aynur Vəliyeva




10/09/14    Çap et