Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple Pay” mobil ödəniş sistemi təqdim edildi


ABŞ-ın "Apple" şirkəti "PayPal", "Google Wallet" və digər ödəniş sistemlərinə rəqib olacaq "Apple Pay" mobil ödəniş sistemini təqdim edib.
 
"Apple Pay" sistemi istifadəçilərə "MasterCard", "Visa" və "American Express" kartlarındakı məlumatları "Passbook" əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan verəcək. Ödəniş "iPhone 6" modelinə quraşdırılan "NFC" çipi vasitəsilə həyata keçirilir.
 
"Apple Pay" vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda "Apple"ın ödəniş servisi "McDonalds", "Apple Store", "Walgreens", "Macy's", "Disney" və digər mağazalar tərəfindən dəstəklənir.
 
Yaxın vaxtlarda ödəniş sistemindən kənar şirkətlərin proqramlarında istifadəyə imkan verəcək əlavə təqdim olunacaq və onu "Uber", "Starbucks", "Target" və digər şirkətlərin əlavələri dəstəkləməyə başlayacaq.
 
Ödəniş funksiyalarını yeni "iPhone" modelləri ilə yanaşı, "iWatch" saatları dəstəkləyəcək. Beləliklə, "Apple"ın yenicə təqdim olunan qurğularının alıcıları üçün yeni ödəniş sistemindən müstəsna istifadə imkanı yaranacaq, - " www.lenta.ru" yazır. 




10/09/14    Çap et