Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPod Classic” artıq olmayacaq
“Apple” şirkəti “iPod classic” pleyerinin satışlarını dayandırıb. Qurğu şirkətin internet mağazasından və şirkətin rəsmi saytında “iPod” pleyerlərinin istehsal xəttinin təsvirindən çıxarılıb.
Hazırda “iPod” istehsal xəttinə üç model daxildir: “iPod shuffle”, “iPad nano” və “iPod touch”.
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “iPod classic” “Apple” şirkətinin birinci MP3 pleyeridir. 2001-ci ildə onu Stiv Cobs təqdim edib. O zaman cihaz 5 QB yaddaş və mexaniki idarəetmə düyməsindən ibarət olub. Bununla belə, məhsul musiqi sənayesində böyük uğur qazandı.
“Apple”ın pleyerləri arasında məhz “classic” modelində 160 QB-lıq yaddaş təklif edilib. O zaman fləş-yaddaş deyil, daha ucuz və ağır sərt disk istifadə olunmuşdu.
“iPod classic” pleyerləri sensor ekrana malik olmayıb. Musiqi və pley-listlər üzrə naviqasiya “Click Wheel” adlı sensor düymənin köməyi ilə həyata keçirilib. Məhz bu düymə “Apple” pleyerini rəqiblərindən fərqləndirib.
“iPod classic” sonuncu dəfə 2009-cu ildə yenilənib. Pleyerin altı nəsli buraxılıb.
2008-ci ildən etibarən “iPod” pleyerlərinin satış həcmi azalmağa başlayıb. 2008 maliyyə ilində satış həcmi 54,8 milyon təşkil edib. 2013-cü ildə bu göstərici 26,4 milyon olub, yəni 2 dəfə azalıb.
Emil Hüseynov
10/09/14 Çap et