Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakıda keçirilən “TLDCON' 2014” konfransı “ICANN” a nəzarət edəcək qurumun müəyyən edilməsi üçün əhəmiyyət daşıyır”
Amerika hökuməti “ICANN”-a nəzarət etməkdən imtina etməyə razılaşıb və hazırda yeni nəzarətçi qurumun müəyyən edilməsi üzərində işlər aparılır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “ICANN”-ın Rusiya, Şərqi Avropa, MDB üzrə vitse-prezidenti Mixail Yakuşev Bakıda keçirilən “TLDCON' 2014” konfransında qeyd edib ki, “ICANN”-ın hazırda yaşadığı dönüş dövründə bu cür konfransların keçirilməsi regionlar arası əməkdaşlığa nail olmaq üçün çox böyük əhəmiyyət kəsb edir.
“Hazırda ICANN yeni milli domen zonalarının yaradılması istiqamətində işlər aparır. Belə ki, domenlərdə kiril və digər əlifbaların istifadəsini nəzərdə tutan proqram çərçivəsində ICANN-a “*.УКР”, “*.КАЗ” domen zonalarının qeydiyyata alınması ilə bağlı təklifləri müzakirə edir. Bundan başqa, yeni qaydalara uyğun olaraq Azərbaycanın daxil olduğu region ICANN-ın İstanbul ofisindən idarə ediləcək”, - deyə o bildirib.
Aynur Vəliyeva
10/09/14 Çap et