Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezidentin mətbuat xidmətindən Dövlət Kino-Foto Sənədləri Arxivinə videosənədlər daxil olub


Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədi ilə 8 saxlama vahidi kino (video) sənəd daxil olub. 

Milli Arxiv İdarəsindən verilən məlumata görə, kinosənədlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2013-cü ildə keçirilən bütün iclasları əks etdirir. 

Hal-hazırda kinosənədlərin arxivin fonduna qəbulu rəsmiləşdirilir. Hər bir kinosənədin müfəssəl elmi  məlumat bazası hazırlanır.
 
 
CAHANGİR
 
 




10/09/14    Çap et