Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik planşeti


"Dell" şirkəti "Venue 8 7000 Series" planşetinin yeni modelini hazırlayıb. Qurğu öz sinfində ən nazik cihaz adlandırılır.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, cihaz 8,4 düymlük 2560×1600 piksel təsvir ölçülü OLED ekranla təchiz edilib. Həmçinin dördnüvəli "Intel Atom Z3500" prosessoru və məkanın dərinliyinin təhlili  texnologiyasını dəstəkləyən "Intel RealSense" kamerası var. Qurğunun qalınlığı 6 mm təşkil edir. Aparat "Android" əməliyyat sistemi ilə işləyir.
 
"Dell Venue 8 7000 Series" nazik planşetinin satışlarına Yeni il bayramı ərəfəsində başlanılacaq. Cihazın təxmini qiyməti hələ ki açıqlanmır.
 
Emil Hüseynov




11/09/14    Çap et