Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc” tərcümə sisteminə yeni dil artırılıb


Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən "Dilmanc" tərcümə saytı və mobil qurğular üçün şifahi danışığı tərcümə edən "Dilmanc" mobil tərcüməçi türkiyəli istifadəçilər arasında da populyarlıq qazanıb.
 
"Dilmanc" qrupundan verilən məlumata görə, bu nəzərə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəklədiyi "Dilmanc" tərcümə sisteminə türk dili dəstəyi də əlavə olunub.
 
Artıq "http://dilmanc.az" saytında Azərbaycan, ingilis və rus dillərindən türk dilinə və əksinə tərcümə etmək mümkündür.
 
Qeyd edək ki, layihə çərçivəsində yaradılmış dil texnologiyaları digər türk dillərinə tətbiq oluna bilməklə yanaşı, türk dilləri arasında da yüksək keyfiyyətli tərcümə sistemləri yaradılmasına imkan verir.
 
CAHANGİR




11/09/14    Çap et