Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi kadastr məlumat bazası yaradır
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Şəki və Gəncə şəhərlərində kadastr məlumat bazası yaradır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tender üç lot üzrə keçirilir:
lot 1 - “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Şəki rayonunun Aşağı Küngüt, Orta Zəyzid, Baş Zəyzid və Baş Kəldək İnzibati Nümayəndəliklərinin ərazilərində kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması
lot 2 - “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Şəki rayonunun ərazisində Şəki şəhərinin yarı hissəsində kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması
lot 3 - “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Gəncə şəhərinin Nizami rayonunun 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi ərazisində kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması
Hər bir lot üzrə tenderdə iştirak haqqı 150 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) oktyabrın 10-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə oktyabrın 17-dək təqdim etməlidirlər.
İddiaçıların təklifləri oktyabrın 20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (otaq № 613) ünvanında açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Aynur Vəliyeva
11/09/14 Çap et