Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Polar” şirkətini satın alıb


“Google” şirkəti onlayn-sorğular üzrə ixtisaslaşmış “Polar” startapını satın alıb. “Google” şirkəti satın alınmış şirkətin həllərndən gələcəkdə “Google+” sosial şəbəkəsində istifadə etmək niyyətindədir. Sazişin şərtləri açıqlanmır.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, satın alınmış şirkətin “Google+”un strukturunda işləyəcəyi bildirilib. Xatırladaq ki, “Google” şirkəti bu yaxınlarda “Google+” sosial şəbəkəsinin auditoriyası haqda yeni məlumatları açıqlayaraq bildirib ki, resursdan 300 milyondan çox istifadəçi istifadə edir. Müqayisə üçün, “Facebook”da bu göstərici 1,2 milyard təşkil edir.

“Polar” şirkəti ötən il təsis edilib. Şirkət müxtəlif sorğuların tərtibi üçün proqram həlləri təklif edir.

Şirkət son 8 ayda 500 milyondan çox sorğu tərtib edib.

Emil Hüseynov




12/09/14    Çap et