Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Analitiklər qlobal planşet tədarükünün artımını proqnozlaşdırır
"Digitimes Research"in analitikləri 2014-cü ilin üçüncü rübündə qlobal planşet bazarının artımını proqnozlaşdırır. Planşet tədarükünün 68,5 milyona çatacağı gözlənilir.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, ikinci rübdə zəif nəticə göstərmiş brend istehsalçılar (Apple-dan başqa) iyul-sentyabr aylarında öz göstəricilərini yaxşılaşdıracaqlar. "Samsung Electronics", "Lenovo" və "ASUSTeK Computer" şirkətlərində müsbət nəticə gözlənilir. Tədqiqata əsasən, eyni zamanda "Amazon", "Microsoft" və "Google" kimi öz platformalarını inkişaf etdirən şirkətlərdə tədarük həcmi azala bilər.
"Apple" ilə bağlı ekspertlər əvvəlki proqnozun tərəfdarıdırlar. Bundan əvvəl dərc edilmiş qiymətləndirməyə əsasən, "Apple" üçüncü rübdə ümumilikdə 16,95 milyon "iPad" planşeti tədarük edəcək ki, bu da ötən illə müqayisədə 8,7% daha yüksəkdir.
Emil Hüseynov
13/09/14 Çap et