Avropada “Bitcoin” birjası fəaliyyətə başlayıb
Məşhur “Bitcoin” virtual valyuta birjalarından biri "Coinbase” İtaliya, İspaniya, Fransa, Belçika, Niderland, Avstriya, Kipr, Finlandiya, Yunanıstan, Latviya, Malta, Portuqaliya və Slovakiyada xidmətlər göstərməyə başlayıb. “Coinbase” “Bitcoin”in alış-satışının həyata keçirildiyi birjanın işini təşkil etməklə yanaşı, onlar üçün ödəmə sisteminin işini də tənzimləyir, həmçinin müştərilərin elektron cüzdanlarının qeydiyyatını aparır.
İndiyədək birja və ödəniş sisteminin xidmətlərindən yalnız ABŞ sakinləri yararlana bilib. Hazırda isə Avropa şirkətləri adi bank hesabını “Coinbase” hesabına qoşmaqla sistem vasitəsilə “Bitcoin” ödənişlərini qəbul edə biləcək.
“Coinbase”dən işdə təxminən 36 min mağaza və ticarət şirkəti, o cümlədən “Overstock.com”, “Expedia”, “Braintree” (PayPal şirkətinin bölməsi) istifadə edir. Servis Avropada sınaq şəklində fəaliyyətə başlayıb və bir müştəri üçün sövdələşmələrin məbləği hələlik gündə 500 avro ilə məhdudlaşdırılıb ki, bu da 1,3 “Bitcoin”ə bərabərdir.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - "Computerworld
www.osp.ru” yazır.