Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sharp” 2017-ci ilədək şaxtaya davamlı və enerji-effektiv ekranların buraxılışına başlayacaq
“Sharp” şirkəti 2017-ci ilədək aşağı enerji sərfiyyatlı “MEMS-IGZO” ekranlarının kütləvi istehsalına başlamaq niyyətindədir. Bu ekranları həm mobil qurğular, həm kompüter monitorları, noutbuklar və avtomobil sənayesində istifadə etmək olar. Belə ekranların üstünlüklərindən biri, hətta 35 selsi dərəcədə öz xarakteristikalarını qorumaq qabiliyyətidir.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sharp”ın nümayəndələri ümid edirlər ki, yeni tip ekranlar şirkətin maliyyə problemlərini həll edəcək: bundan əvvəl xalis illik zərərin həcmi 5,34 milyard dollar təşkil edib və firmanın əməliyyat gəlirinin təxminən 50%-i məhz ekranlar üçün panel istehsalı ilə bağlı biznesdən asılıdır.
Emil Hüseynov
13/09/14 Çap et