Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti yüksək təsvir ölçülü monitor və monobloklar hazırlayır


2014-cü ilin sonunadək “Apple” şirkəti yüksək təsvir ölçüsünə malik yeni kompüter monitorlarını buraxacaq. “WitsView” analitikləri ABŞ şirkətinin planları haqqında xəbər tutublar.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple”ın yeni həlləri “Ultra HD” (3840x2160 piksel) təsvir ölçüsünə malikdir. Ekspertlərin fikrincə, nəticədə 4K monitorlar bazarında tələbat artacaq.
 
Sahəvi analitiklər bildiriblər ki, bir çox FK (fərdi kompüter) monitor istehsalçıları 27, 28 və 32 düymlük yüksək təsvir ölçülü modellərin hazırlanması ilə maraqlanıblar. 2014-cü ildə UHD-qurğular bazarın təxminən 5%-nə sahiblənə bilər.
 
2014-cü ilin avqustunda buraxılmış “Ultra HD” formatlı 28 düymlük monitorların qiyməti orta hesabla 630 dollardır.
 
Emil Hüseynov




15/09/14    Çap et