Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmsal yayıma qoşulmaq istəyənlər üçün yeni aksiya başlayır


"Ailə TV" yeni aksiyaya start verir. Aksiyanın şərtlərinə əsasən, 15.09.2014 tarixindən 15.10.2014 tarixinədək rəqəmsal yayıma qoşulan hər bir abunəçi öncədən 60 manat ödəyərək rəqəmsal qəbuledici və "Ailə TV" baza paketində növbəti 4 ay 100 TV kanal izləmək imkanı əldə edir.
 
 "Caspian Telecom"un Mətbuat xidmətindən qeyd edilib ki, abunəçi istəyindən asılı olaraq, rəqəmsal qəbuledici əvəzinə CAM modul da əldə edə bilər. Hər bir abunəçi bu aksiyadan yalnız bir dəfə yararlana bilər. Aksiyaya qoşulan abunəçilər, 18+ paketi istisna olmaqla 1 ay müddətinə bütün digər paketlərdə yayımlanan TV kanalları pulsuz izləyəcəklər.
 
Qeyd edək ki, "Ailə TV"-nin yeni resiverləri HD yayımı dəstəkləyirlər. 
 
Bundan əlavə, HDMİ kabel komplektə daxil deyil və qiyməti 4 AZN-ə ayrı satılır.
 
 
Həqiqət İSABALAYEVA




15/09/14    Çap et