Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin əvvəlində “Windows Phone” ilə işləyən 22 yeni smartfon buraxılıb
2014-cü il “Windows Phone” əməliyyat sistemi üçün əlamətdar olub. Ötmüş 8 ayda “Microsoft” platformanın yeni versiyasını nümayiş etdirib, partnyorların dairəsini genişləndirib, “Nokia”nın (ən böyük WP cihaz istehsalçısı) telefon biznesini satın alıb və mobil əməliyyat sisteminə lisenziya üçün şirkətlərdən ödəniş almağı dayandırıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cari ilin əvvəlində “Windows Phone” (WP) ilə işləyən 22 yeni smartfon satışa çıxarılıb. Şayiələrə görə, “Microsoft” korporasiyası gələcəkdə “Windows Phone” və “Nokia” brendlərinin adını dəyişdiməyi planlaşdırır.
Hazırda adlı-sanlı “HTC” daxil olmaqla, “Samsung”, “LG”, “ZTE”, “Huawei”, həmçinin az tanınmış “Gionee”, “JSR”, “Karbonn”, “Longcheer”, “Yezz” və “NGM” şirkətləri “Windows Phone” platformasına dəstək olur.
Emil Hüseynov
15/09/14 Çap et