Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində smartfon istifadəçiləri üçün ayrıca yol xətti yaradılıb


Dünyanın bir çox şəhərlərində velosipedçilər üçün ayrıca yol xətti ayrılıb. Çində isə smartfon sahibləri üçün belə yol xətti yaratmaq qərarına gəlinib.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, belə ki, Çonqkinq şəhərində hərəkət zamanı smartfondan istifadə edən insanlar üçün ayrıca yol xətti yaradılıb. Aydındır ki təhlükəsizlik baxımından bu addım atılıb. Smartfona aludə olan insanlar adətən ətrafda baş verənləri görmür və bu zaman ya özünə, ya da kənardakı şəxslərə zərər vura bilər.
 
Yerə çəkilmiş nişan çəkini iki hissəyə bölür. Biri cari anda smartfon və ya mobil telefondan istifadə etməyən piyadalar üçün nəzərdə tutulub.
 
Səkinin ikinci hissəsi isə öz cihazından bir saniyə ayrıla bilməyən insanlar üçün nəzərdə tutulub.
 
Emil Hüseynov




15/09/14    Çap et