Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzinin ümumi iclasında İT üzrə vəzifə öhdəlikləri müzakirə olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzinin (MK-­­­­­­­İRM) ümumi iclası keçirilib.
 
Tədbiri İRM direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq İRM işlər üzrə direktor müavini Azər Cəfərovun “Azərbaycanda hərbi-siyasi durum və MK–İRM işçilərinin öhdəlikləri” adlı məruzəsi dinlənilib. Məruzədə  1991/1994-cü illərdə Birinci Qarabağ müharibəsi tarixindən qısa bəhs edilib.
 
Qeyd olunur ki, həmin illərdə hökumətdaxili ziddiyyətlərdən dolayı və nəticədə ozünümüdafiə dəstələrinin vahid komandanlıq olmadan mübarizəsi döyüşlərdə uğursuzluğun əsas səbəblərindən idi. Son dönəm cəbhə xəttində baş verən hadisələrdən də danışan məruzəçi məlum vəziyyətin insanlarda ruh düşkünlüyü və inamsızlığa səbəb olmaması üçün ictimai mühitdə davranışlarımıza, sosial şəbəkələrdə düşüncələrimizi əks etdirən yazışmalara həssas yanaşmağımızı tövsiyə edir.
 
Məruzənin sonunda  Günel Anarqızının “Qarabağ hekayələri”ndən olan “Atama məktub” videoçarxı izlənilib.
 
Mərkəzdən verilən məlumata görə, iclasda son ayın fəaliyyətinə dair hesabatlar da dinlənilib. Proqram hesabatlarında İT və kitabxana bölmələrinin müxtəlif meyarlar üzrə icra edilmiş vəzifə öhdəliklərinə, iş vaxtından sonra icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərinə dair müzakirələr aparılıb. Eləcə də müəssisənin təsərrüfat fəaliyyətinin təşkili təqdirəlayiq hesab edilib. Fəaliyyətinə görə fərqlənmiş işçilərin əməyi şifahi qiymətləndirilib.
 
 Sonra gənc vikipediyaçı Nazim Xəlilovun “AMEA-nın ilk 15 həqiqi üzvü vikipediyada” adlı slayd təqdimatı maraqla izlənilib. İclasda həmçinin müəssisənin əməkdaşlarından Qətibə Qasımova “Əkinçi qəzeti”, Əli Novruzlu “RFİD çiplər”, Leyla Haqverdiyeva “İşgüzar geyim tərzi”, Amil Mirzəyev “Bulud serverlər” və Sevda Hacıyeva “Muzeylər” mövzusunda təqdimatla çıxış edib. İclasda yeni yaradılmış İctimai səhiyyə şöbəsinin məqsəd və vəzifələrindən danışılıb. Şöbənin yaxın müddət üçün iş strategiyası müzakirə olunub, tədbirlər planı hazırlanıb.
 
 
Növbəti məsələ işçi qüvvəsinin və potensialının gücləndirilməsi layihəsi çərçivəsində “ADA” Universitetinə ezamiyyətlə bağlı olub. Bildirilib ki, ezamiyyət başa çatdıqdan sonra təqdimat - hesabat işçilərin diqqətinə çatdırılacaq. Daha sonra İRM direktoru L.İmanova MK–İRM işçilərinin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanı keçiriləcəyindən danışıb.
 
Qeyd edib ki, bundan sonra da işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə müvafiq qaydalar işlənilib hazırlanacaq. İclasın sonunda müzakirə olunan məsələlərə dair rəy və təkliflər dinlənilib.
 
 
Həqiqət İSABALAYEVA




15/09/14    Çap et