Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti “Android One” layihəsi çərçivəsində ucuz smartfonlarını buraxıb
“Google” korporasiyası “Android One” proqramı çərçivəsində həyata keçiriləcək birinci telefonların satışlarına başlayıb. Layihə inkişaf etməkdə olan ölkələrdə “Android” platformasının aktual yenilənən versiyasına malik ucuz, keyfiyyətli smartfonların yayılmasını nəzərdə tutur.
“Google”dan bildirilib ki, layihə hələ ki Hindistan istehsalçılarının (Micromax, Karbonn və Spice Mobiles) dəstəyi ilə həyata keçirilir. Bu şirkətlərin istehsalı olan smartfonların qiyməti təxminən 100 dollar təşkil edir. Bütün cihazlar texniki xarakteristikalarına görə bir-birinə oxşardır. Aparatlar 845×480 piksel təsvir ölçülü 4,5 düymlük ekranlar, dördnüvəli “Mediatek” prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib, iki SİM kart dəstəkləyir və “Android 4.4” platforması ilə işləyirlər.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Android One” proqramı çərçivəsində hazırlanan smartfonlar ilk öncə Hindistanda, daha sonra İndoneziya və Filippində satılacaq. Layihə genişlənəcək, tezliklə “Acer”, “Alcatel”, “Asus”, “HTC,” “Intex”, “Lava”, “Lenovo”, “Panasonic” və “Xolo” kimi şirkətlər onu dəstəkləyəcək.
Emil Hüseynov
15/09/14 Çap et