Bakıda maliyyə hesabatları və risklərin təhlili üçün İT həllər təqdim ediləcək
“Cybernet” şirkəti sentyabrın 17-də Bakıda “Maliyyə hesabatları və risklərin təhlili üçün İT həllər” mövzusunda forum keçirəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə aparıcı dünya şirkətlərinə İT-məsləhətlər və xidmətlər göstərən Almaniyanın “LucaNet” şirkətinin mütəxəssisləri iştirak edəcəklər.
Forumun işində, eyni zamanda, “Cybernet” Azərbaycan şirkətinin ekspertləri və bank, tikinti, turizm və sığorta sahələrinin nümayəndələri iştirak edəcəklər.
“LucaNet”in mütəxəssisləri tədbir çərçivəsində 15 illik iş təcrübəsini də bölüşəcəklər. Forumda iştirak üçün “
Cybernet.az” saytında onlayn qeydiyyatdan keçmək olar.
Aynur Vəliyeva