Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi yeni İT avadanlığı alır



Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi yeni İT avadanlığı alır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi bu məqsədlə elan etdiyi tenderin qalibi olan ölkənin ilkin provayderi “Delta Telecom”  şirkəti ilə müqavilə bağlayıb.
 
Mərkəzin  “Delta Telecom” şirkəti ilə İT avadanlıqların alınmasını nəzərdə tutan müqavilənin ümumi dəyəri 434160,17 manat təşkil edir.
 
Aynur Vəliyeva




15/09/14    Çap et