Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmin İnkişafı Fondu kommunikasiya texnologiyalarını yeniləyir


Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu yerli “BestComp” şirkəti ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “BestComp” şirkəti fondun elan etdiyi tenderin qalibi olub.
 
Tenderin şərtlərinə əsasən, “BestComp” şirkəti fonda kommunikasiya texnologiyalarını, avadanlıqları, azqiymətliləri və qeyri-maddi aktivlərini təqdim edəcək. Müqavilənin ümumi dəyəri 245794,34 manat təşkil edib.
 
Aynur Vəliyeva
 




16/09/14    Çap et