Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” açıq proqram təminatı yaratmaq niyyətindədir
“Facebook” sosial şəbəkəsi digər şirkətlərlə birgə proqram təminatının hazırlanması ilə məşğul olacağını elan edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, proqram təminatı layihə üzərində və texnoloji innovasiyalarla birgə iş üçün nəzərdə tutulub.
Layihədə həmçinin “Google”, “Twitter”, “Square” və digər şirkətlər iştirak edirlər. Proqram təminatı “//TODO” təşəbbüsü çərçivəsində hazırlanır və pulsuz təqdim ediləcək. “Facebook”da onu da qeyd ediblər ki, proqram mühitinin təşkili üçün həllərin hazırlanması ilə məşğul olacaqlar.
“//TODO” layihəsi “Facebook”un digər şirkətlərə onun texnologiyalarını təqdim edən və onlarla innovasiya mübadiləsi aparan, daha çox insana internetə qoşulmaq imkanı verən geniş strategiyasına daxildir.
Aynur Vəliyeva
16/09/14 Çap et