Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Panasonic” şirkəti “Leica” obyektivli smartfon istehsal edib
“The Verge” portalı yazır ki, “Panasonic” şirkəti “Leica” obyektivli “DMC-CM1” smartfonunu istehsal edib.
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “CM1” aparatı, həmçinin birdüymlük sensorla təchiz edilib və 20 meqapiksellik təsvir ölçüsünə malikdir. Telefonun qalınlığı 21 mm, çəkisi isə 204 qr. təşkil edir. İstehsalçı qurğunu smartfon kimi deyil, smartfon funksiyaları ilə təchiz edilmiş fotoaparat kimi təsvir edir.
“CM1” aparatında ekranın diaqonalı 4,7 düym təşkil edir. Qurğu 2,3 QHs takt tezlikli dördnüvəli “Snapdragon 801” prosessoru və 2 QB əməli yaddaşla təchiz edilib. Smarfon 16 QB daxili yaddaşa malikdir və “microSD” kartı üçün slot nəzərdə tutulub.
İlin sonunda satışa çıxarılacaq. Qiyməti açıqlanmayıb.
Emil Hüseynov
16/09/14 Çap et