Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti ildə “4G” smartfonları 100 dollara satılacaq


Tayvanın “DigiTimes” nəşri tədarük kanalındakı mənbələrə istinadən yazır ki, tezliklə dördüncü nəsil şəbəkəsini dəstəkləyən ucuz smartfonlar bazarda üstünlük təşkil edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, 2015-ci ilin birinci yarısında “4G” şəbəkəsini dəstəkləyən mobil telefonların qiyməti 100 dollardan aşağı olacaq. Hazırda sözügedən telefonların minimal qiyməti 200 dollar səviyyəsindədir.
 
“Qualcomm” şirkəti “4G” smartfonlarının ucuzlaşmasına imkan yaradacaq. Şirkət “MediaTek” ilə mübarizə aparmaq üçün ucuz çipset buraxıb.
 
Bundan başqa, Çin brendləri arasındakı rəqabətə görə telefonların qiyməti ucuzlaşır. Nəticədə artıq Çinin bəzi şirkətləri  təxminən 114 dollar məbləğində “4G” dəstəkli başlanğıc səviyyəli cihazlar təklif edirlər.
 
Emil Hüseynov
 
 




17/09/14    Çap et