Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Big Data” bazarının həcmi ildə 26.4 faiz sürətlə artacaq


İlbəil insanlar tərəfindən generasiya olunan məlumatların həcmi artır: yalnız 2011-ci ildə istifadəçilər ötən illərlə müqayisədə daha çox informasiya yaradıblar. Böyük və çox böyük həcmli məlumatlarla iş böyük xərc tələb edir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IDC” tədqiqat şirkətinin proqnozuna görə, 2014-dən 2017-ci ilədək “Big Data” texnologiyalar bazarı və xidmətlərinin həcmi hər il orta hesabla 26,4 faiz artaraq 41,5 milyard dollar təşkil edəcək. Beləliklə, mütəxəssislər bildirir ki, bu bazar artım tempinə görə bütün İT sənayesini altı dəfə ötəcək.
 
“IDC” analitikləri bildirirlər ki, yaxın 5 ildə böyük məlumat massivləri ilə işləmək üçün nəzərdə tutulmuş texnologiya və xidmətlər bazarı sürətlə inkişaf edəcək.
 
“Gartner”in keçirdiyi sorğunun nəticəsinə görə, 2013-cü ildə dünyadakı təşkilatların 64 faizi öz biznes proseslərində “Big Data” texnologiyalarının inkişafına sərmayə yatırıb və ya qoymağı planlaşdırıb, 30 faizi isə artıq böyük məlumatları təhlil edib.
 
Emil Hüseynov




17/09/14    Çap et