Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb
Azərbaycan Dövlət Statistika Komitəsi növbəti dəfə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmini açıqlayıb.
Komitədən verilən məlumata görə, ilin əvvəlindən keçən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstəriblər.
2013-cü ilin yanvar-avqustuna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artıb. Xidmətlərin 72,6 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
CAHANGİR
17/09/14 Çap et