Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sentyabrın 17-dən “iOS 8” platforması əlçatan olacaq
Sentyabrın 17-də "Apple" şirkətinin mobil qurğularının istifadəçiləri üçün "iOS 8" əməliyyat sistemi əlçatan olacaq. Bu haqda "Apple"ın saytında yazılıb.
"iPhone 4S", "iPad 2", "iPad mini", 5-ci nəsil "iPod Touch" və sonrakı modellərin sahibləri öz qurğularını yeniləyə biləcəklər. Sentyabrın 19-da "birinci dalğa" ölkələrində satışa çıxarılacaq "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarına öncədən "iOS 8" platforması quraşdırılacaq.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni platformanı quraşdırmaq istəyən istifadəçilərə məlumatların saxlanılması haqda düşünmək pis olmaz. Bundan başqa, əmin olmaq lazımdır ki, platformanın quraşdırılması üçün qurğuda ən azı 1 QB boş disk yeri var.
Nəhayət, yeniləmək imkanı haqda qurğuya bildiriş gəldikdə, cihazı enerjiyə qoymaq və "Wi-Fi" şəbəkəsinə qoşmaq lazımdır.
Yeni platformada dizaynda köklü yenilik olmayacaq. Amma "Apple" şirkəti istifadəçilərin rahat mesajlaşması üçün "iOS 8" platformasında bir sıra dəyişikliklər edib. Məsələn, "QuickType" sürətli mətn yığımı və fotoşəkil, videomesaj və səs yazılarının "iMessages" vasitəsilə göndərilməsi.
Emil Hüseynov
17/09/14 Çap et