Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” internetin çatdırılması üçün pilotsuz təyyarələri sınaqdan keçirir


“Google” şirkəti planetin ucqar nöqtələrinə internetin çatdırılması üçün ABŞ-ın Federal Rabitə komissiyasından pilotsuz təyyarələrin sınaqdan keçirilməsini xahiş edib.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti bu yaxınlarda günəş enerjisi ilə “qidalanan” və yüksək hündürlükdə uzunmüddətli uçuşlar üçün nəzərdə tutulmuş elektrik pilotsuz uçuş sistemləri sahəsində mütəxəssis olan “Titan Aerospace” şirkətini satın alıb. Bu sistemlər yekunda ucqar rayonlarda internet qoşulmanın təmini üçün istifadə edilə bilər. Diqqətlə nəzarət olunan mühitdə sistemin nümayişi və sınaqdan keçirilməsi üçün xüsusi icazə tələb olunur – “Google”un Federal Rabitə komissiyasına ünvanlanmış xəbərində deyilir.
 
“Ars Technica” resursu yazır ki, “Google” öz pilotsuz təyyarələrinin sınaqdan keçirilməsi üçün 180 günədək icazə almağı planlaşdırır. Nyu-Meksika ştatındakı poliqon sınaq meydançası seçilib.
 
Emil Hüseynov




17/09/14    Çap et