Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirin birinci müavini Beynəlxalq Rabitə Akademiyasının fəxri üzvü oldu
Beynəlxalq Rabitə Akademiyasının (BRA) Prezidiumunun qərarına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Nazirliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov BRA-nın akademiki fəxri adına layiq görülüblər.
Məlumat üçün bildirək ki, Akademiyanın fəxri üzvü adına BRA-nın inkişafına əhəmiyyətli töhfə vermiş şəxslər layiq görülürlər. Akademiklər BRA-nın tədbirlərində, layihə və proqramlarının hazırlanmasında iştirak edə, Akademiyanın elmi, informasiya və metodiki tədqiqatlarından istifadə edə bilərlər. Bundan başqa, akademiklər öz növbələrində Akademiyanın qarşısında duran bütün məqsədlərin və məsələlərin həllinə dəstək olmalıdırlar.
Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının qərargahı Moskva şəhərində yerləşir.
Akademiyanın 30 ölkəni təmsil edən min nəfər həqiqi üzvü vardır. Akademiyanın Rusiyanın ayrı-ayrı bölgələrində, həmçinin müxtəlif ölkələrdə bölmələri fəaliyyət göstərir.
Aynur Vəliyeva
18/09/14 Çap et