Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda ilk dəfə keçiriləcək Kompüter Oyunları üzrə Dünya Çempionatının rəsmi loqosu artıq hazırdır


Noyabrın 12-dən 17-dək Bakı şəhərində keçiriləcək Kompüter Oyunları üzrə VI Dünya Çempionatının (6-th e-Sport World Championship BAKU) rəsmi loqosu artıq hazırdır.

Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation)  himayəsi altında dünya kiber idmançılarının  səbirsizliklə gözlədikləri möhtəşəm tədbir şəhərin ən gözəl məkanlarından biri olan “Crystall Hall”-da təşkil olunacaq.

Oyunçuların “Fairmont Baku Flame Towers”  otelində yerləşdirilməsinə qərar verilib. Xarici ölkələrdən böyük nümayəndə heyətlərinin səfəri ilə əlaqədar olaraq Azərbaycan Kiber İdman Federasiyası tərcüməçi və texniki assistent (təşkilat komitəsinin iqamətgahında işləmək; qonaqların qarşılanması və yola salınması; yarışların gedişində lazımi köməyin göstərilməsi üçün), həmçinin tədbir zamanı oyunları idarə etmək üçün hakim seçimi elan edir. 
 
Namizədlərdən aşağıdakı şərtlər tələb olunur:
 
hakimlər
 
- ingilis dilini bilmək;
 
- çempionatın  rəsmi oyunlarından (Tekken Tag Tournament 2; Star Craft 2; Ultra Street Fighter IV; DOTA 2; HearthStone) ən azı bir növü üzrə qaydalarla bağlı dərin və tam biliklərə sahib olmaq.
 
 
  1. tərcüməçilər:
 
- ingilis dilini yaxşı bilmək;
- iş təcrübəsi.
 
  1. texniki assistentlər
 
- orqtexnika və kompüterlə bağlı biliklərə sahib olmaq;
- məsuliyyət.
 
 Doldurulmuş anketlərin "referee", "support" və "translator" mövzusu ilə “volunteer@iesf.az” elektron ünvanına göndərməyiniz xahiş olunur.
Ərizələr 2014-cü il oktyabrın 15-dək qəbul olunur.
 
 Ərizəni yükləmək: http://cybersport.az/tournaments/6thWC/6WC-erize.doc
Azərbaycan Kiber İdman Federasiyasından o da qeyd edilib ki, kiber idman üzrə dünya çempionatında ölkəmizə 5 yer ayrılıb. Federasiyanın prezidenti Ramil Əliyevin sözlərinə görə, idmançılarımız bizi finalda fərdi “Tekken Tag Tournament 2”, “Starcraft 2”, “Hearth Stone”, “Super Street Fighter IV” növləri, komanda yarışlarında isə “Dota 2” (5x5) növündə təmsil edəcəklər: “Sevindirici haldır ki, idmançılarımız bu il Bakının ev sahibliyi edəcəyi bu irimiqyaslı turnirdə öz peşəkarlıqlarını nümayiş etdirmək şansı əldə ediblər.
 
 Belə bir yarışın məhz bizim ölkəmizdə təşkili idmançılarımızım qələbəyə inam hissini və gücünü daha da artırır. Üzərilərinə düşən bu böyük məsuliyyəti dərk edən idmançılarımız gecə-gündüz hazırlaşır, həm yerli, həm də əcnəbi həmkarları ilə birgə məşq edirlər”. Hazırda isə dünya çempionatına gərgin hazırlıq gedir. Bu yarışı dünyanın 50-dən çox milli federasiyasının nümayəndələri izləyəcəklər. Yarışlara ümumilikdə 30-dan çox ölkənin idmançıları qatılacaqlar:
 
 “Belə bir tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaqdan, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir”.
 
 
Həqiqət İSABALAYEVA




18/09/14    Çap et