Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ZTE” şirkəti 5.7 düymlük “ZMAX” fabletini nümayiş etdirib
Çinin “ZTE” şirkəti yeni “ZMAX” smartfonunu nümayiş etdirib. “Qualcomm” çipi ilə təchiz edilib və “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparat 1.2 QHs takt tezlikli “Snapdragon 400” (MSM8926) prosessoru, 2 QB əməli və 16 QB daxili fləş-yaddaşla təchiz olunub.
5,7 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
Fabletin ekranı “Gorilla Glass 3.0” şüşəsi ilə örtülüb. Yeni qurğuda 8 meqapiksellik avtofokus, Full HD formatında video çəkiliş imkanına malik əsas kamera və 1,6 meqapiksellik ön kamera mövcuddur.
Aparat, həmçinin Wi-Fi 802.11b/g/n, Bluetooth 4.0 və GPS simsiz rabitə modulları və 3400 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Avtonom iş vaxtı 14 saat təşkil edir.
“ZMAX” fableti ABŞ-da elan edilib və hələ ki yalnız orada satılacaq.
Emil Hüseynov
18/09/14 Çap et