Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iCloud” xidmətinin təhlükəsizliyini gücləndirib


"Apple" şirkəti "iCloud" veb-xidmətlərinə (poçt, kontaktlar, təqvim, qeyd və başqaları) giriş üçün iki mərhələli identifikasiya funksiyasını əlavə edib.

Loqin və paroldan başqa, PIN kodu daxil etmək lazımdır. Sonuncu SMS şəklində göndərilir və "Apple ID" identifikatoru ilə əlaqəli "iPhone" smartfonunun ekranında göstərilir. i-qurğu istehsalçısı yüzlərlə hollivud ulduzunun açıq-saçıq fotoşəkillərinin internetə sızması ilə bağlı qalmaqala belə reaksiya verib.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, iki mərhələli identifikasiya iyundan "iCloud" xidmətində işə salınıb, amma naməlum səbəblərdən tezliklə deaktiv edilib. İndi hesablara müdaxilə ehtimalını minimallaşdırmaq üçün "Apple", həmçinin istifadəçilərə elektron məktub və ya push-xəbərdarlıq etməyə başlayacaq.

Emil Hüseynov
 




19/09/14    Çap et