Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT-nin ən müasir terminlərinin aşkarlanması üzrə beynəlxalq təcrübə araşdırılıb
Azərbaycanda informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi mərhələsi həyata keçirilib. İKT-nin ən müasir terminlərinin aşkarlanması üzrə beynəlxalq təcrübə araşdırılıb və mövzunu əhatə edən əsas istiqamətlər üzrə toplanmış ən müasir terminlər tərcümə və təsnif edilib.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi 5 saylı şöbənin yarımillik hesabatının təqdimatında informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi mövzusu üzrə görülən işlərdən danışarkən bildirib.
İTİ-dən verilən məlumata görə, elmi tədqiqat işlərindən danışan S.Abdullayev, həmçinin şöbənin elmi-təşkilati və elmi-innovasiya fəaliyyətinə dair görülən işlərə də toxunub.
Şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda nəşr olunan məqalələr, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak və s. barədə məlumatları diqqətə çatdırıb. Şöbənin fəaliyyəti müsbət qiymətləndirilib, müvafiq tövsiyələr verilib.
Həqiqət İSABALAYEVA
19/09/14 Çap et