Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avqustda spam göndərilməsi 62.6%-dək azalıb


“Symantec” şirkəti avqustda spam göndərilməsinin 1.1%-lik azalmasını qeydə alıb; şirkətin məlumatına görə, bu ay poçt məktublarının 62.6%-i spam olub.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, fişinq tərkibli məktubların sayı yenidən nəzərəçarpacaq dərəcədə azalıb: 1587 elektron məktubdan 1-də qeydə alınıb. İyunda bu göstərici 1290 elektron məktubdan 1 təşkil edib. Zərərli bərkitməyə malik məktubların sayı, əksinə, artıb. Avqustda bu göstərici 270 elektron məktubdan 1 təşkil edib, halbuki ötən ay 351 elektron məktubdan 1-də qeydə alınıb. Hesabat dövründə poçt trafikinin yalnız 3.2%-i zərərli URL spamın payına düşüb; bu göstərici iyulla müqayisədə (7,9%) azalıb.

“.exe” formatında zərərli bərkitmələrin sayı 2 dəfədən çox, “.doc” formatında isə cüzi artıb.

Emil Hüseynov
 




19/09/14    Çap et