“IDC”: “Şirkət rəhbərlərinin 84 faizi sosial şəbəkələrdən alış üçün qərarların qəbulunda istifadə edir”
Sosial şəbəkələr şirkət rəhbərlərinin peşə dairəsində effektiv ünsiyyəti təmin etməklə onların qərarların qəbul edilməsi prosesində əminliyini artırır. Qərarın qəbul edilməsinin sonuncu mərhələsində sosial şəbəkələr rəhbərlərin informasiya resursları siyahısında birinci yeri tutur. Bu barədə “IDC” analitik şirkəti və “LinkedIn” şəbəkəsi tərəfindən alış üçün qərarların qəbul edilməsində iştirak edən 760 rəhbər arasında keçirilən sorğunun nəticələrindən məlum olub.
“IDC” analitikləri qeyd edirlər ki, alış prosesində sosial şəbəkələrdə fəallıq göstərən sorğu iştirakçıları sosial şəbəkələrdən istifadə etməyənlərlə müqayisədə daha yüksək vəzifə tutur, büdcənin 84 faizinə nəzarət edir, alış ilə bağlı 61 faiz çox qərar qəbul edir və qərarların geniş diapazonuna təsir etmək imkanına malik olurlar. Sosial şəbəkələrin rolu gələcəkdə də artacaq, onlardan alış-satış üçün istifadə edən şirkətlər və digərləri arasında fərq yüksələcək. Analitiklərin fikrincə, satışla məşğul olanlar yeni şəraitə çətinliklə öyrəşəcəklər, lakin qazanılan təcrübə sosial şəbəkələrin alıcılar üçün əhəmiyyətini daha da artıracaq, - “
www.osp.ru” yazır.