Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qadınlar riderlərə, kişilər isə planşetlərə üstünlük verirlər


“Nielsen” şirkətinin yeni tədqiqat məlumatlarına əsasən, qadınlar elektron riderlərə, kişilər isə planşetlərə üstünlük verirlər. Smartfonlar isə hər iki cins nümayəndələri arasında təxminən eyni dərəcədə populyardır.

Tədqiqatda qeyd olunub ki, elektron riderlərdən istifadə edənlərin 61%-ni qadınlar təşkil edirlər. Məlumat üçün qeyd edək ki, keçən ilin üçüncü rübündə bu göstərici 46% olub. Planşetlərdən istifadə edənlərin 57%-i isə kişilərdir. Qeyd edək ki, keçən il bu göstərici 61% olub.

Həmçinin, tədqiqatçılar aşkar ediblər ki, elektron riderlər və planşetlər yaşlı insanlar arasında daha məşhurdur.

Keçən ilin üçüncü rübündə 45 və daha yaşlılar arasında planşet sahibləri 23% olub, bu il isə onlar artıq 37% təşkil edir. Rider sahibləri arasında bu göstərici müvafiq olaraq 40% və 51% təşkil edib.




26/08/11    Çap et