Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Su smart-kartlarını “ExpressPay” terminallarında da yükləmə imkanı yaradılıb
Əhali və qeyri-əhali qrupu abunəçiləri su smart-kartlarını daha bir ödəmə köşkündə - "ExpressPay" terminallarında yükləyə bilərlər.
"Azərsu" ASC-dən verilən məlumata görə, ödənişlərin aparılması və smart-kartlara balansın yüklənməsi üçün "ExpressPay" ödəmə terminallarının ekranında "Azərsu" bölməsini, sonra "smart-karta yükləmə" panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abunəçiləri üçün müvafiq panellər seçilməlidir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və smart-kartlara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra qəbz çap olunur.
Növbəti mərhələdə abunəçilər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.
Hazırda respublikanın 8 şəhər və rayonunda 69 "ExpressPay" köşkü fəaliyyət göstərir. Bu köşklərin hər birində su və kanalizasiya xidmətləri üzrə ödəmələr aparmaq mümkündür. "ExpressPay" köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda 955 nömrəsinə zəng etməklə əlaqə saxlanılmalıdır.
Qeyd edək ki, "Azərsu" ASC-nin abunəçiləri "MilliÖn" və "E-manat" ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.
CAHANGİR
19/09/14 Çap et