Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Electronics” şirkəti Azərbaycanda iştirakını genişləndirmək niyyətindədir


“Samsung Electronics” şirkəti Azərbaycanda fəaliyyətinin B2B və B2G istiqamətlərini inkişaf etdirir.
 
“ICTnews” xəbər xidmətinin “www.infocity.az” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Senq Pil Çan müsahibəsində bildirib ki, “Samsung Electronics”in məhsullarına ölkədə böyük tələbat var və şirkət alıcıların tələblərinə cavab verməyə çalışır.
 
“Bizim yerli ofisimiz ilk növbədə geniş çeşiddə sərfəli qiymətlə məhsulların təqdim edilməsini təmin etməyə çalışır. Biz gələcəkdə də bu istiqamətdə işlərimizə davam edəcəyik və yerli bazara ən yaxşı məhsullarımızı təqdim edəcəyik. Çünki Azərbaycan bazarı böyük və sürətlə inkişaf edən bazar kimi bizim üçün maraqlıdır və “Samsung” burada öz iştirakını genişləndirmək niyyətindədir”, - deyə şirkətin yerli nümayəndəliyinin rəhbəri qeyd edib.
 
Senq Pil Çanın sözlərinə əsasən, şirkət dövlət sektoruna vaxtaşırı öz məhsullarını təqdim etsə də, lakin hazırda Azərbaycanın dövlət sektorunu  maraqlandıran konkret həlli yoxdur, amma şirkət bu istiqamətdə işləyir.
“Bundan başqa “Samsung”un gələcək planlarına evi texnologiyalarla birləşdirmək daxildir. Bu gün artıq televizoru, soyuducunu, paltaryuyan maşını və məişət texnikasını birləşdirərək smartfonla idarə etmək mümkündür. Bu cür ev şəbəkələri artacaq və bizim məqsədimiz bu cür həlləri adiləşdirməkdir”,- deyə şirkətin perspektiv planlarını  bölüşüb.
 
Aynur Vəliyeva




19/09/14    Çap et