Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Larri Ellison “Oracle” şirkətinin CEO postunu tərk edir
1976-cı ildə "Oracle" şirkətini təsis etmiş Larri Ellison baş direktor vəzifəsini tərk edir. Ellison müasir İT sənayesinin yaşlı nümayəndələrindən biridir və ABŞ-da ən yüksək maaş alan İT menecerdir.
70 yaşlı Ellison yaratdığı korporasiyada biznesin köklü şəkildə yenidən qurması anında "Oracle" şirkətini tərk edir.
Qeyd edək ki, "Microsoft", "IBM" və ya "Apple" kimi İT şirkətlərindən fərqli olaraq, "Oracle"da yaradılma anından bəri Ellisondan başqa CEO olmayıb və onun gedişi investorlarda narahatçılıq yarada bilər. Ellisonun gedişi elan edildikdən dərhal sonra "Oracle"ın səhmlərinin qiyməti 2,7% azalıb.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, korporasiyanın bəyanatına əsasən, indiyədək vitse-prezident vəzifəsində çalışan 57 yaşlı Mark Xerd və 52 yaşlı Safra Kets indi "Oracle" şirkətində CEO rolunu icra edəcəklər.
"Oracle"ın 48 milyard dollar məbləğində qiymətləndirilən təxminən 25% səhmi icraçı idarə sədri kimi Ellisona məxsusdur.
"Larri Oracle şirkətinin yeganə direktoru olub və olacaq" – "Salesforce.com"un baş direktoru Mark Benioff "Twitter"də yazıb. 1990-cı illərdə Benioff "Oracle" şirkətini tərk edərək "Salesforce"u təsis edib.
Emil Hüseynov
19/09/14 Çap et