Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnamə kapıtalı artırıldı


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
 
 

№ 301                 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

 

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1121; 2012, № 9, maddə 918 ) ilə təsdiq edilmiş "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.4-cü bəndində "40000000 (qırx milyon)" və "2000000 (iki milyon)" sözləri müvafiq olaraq "63610600 (altmış üç milyon altı yüz on min altı yüz )" və "3180530 (üç milyon yüz səksən min beş yüz otuz)" sözləri ilə əvəz edilsin.
 

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri






20/09/14    Çap et