Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin Aya ilk geri qaytarılan kosmik aparat göndərəcək


Çin ilk geri qaytarılan kosmik aparatını Aya buraxmaq barədə planlarını açıqlayıb. "France-Presse" agentliyinin məlumatına görə, aparatın 2014-cü ilin sonunadək buraxılacağı gözlənilir.
 
Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət İdarəsinin nümayəndələri bildiriblər ki, kosmik aparat əsas məqsədi Ayda torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək "Çane-5" missiyasının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.   
 
Çin ilk geri qaytarılan kosmik aparatını ölkənin cənub-qərbində Sıçuan əyalətinin eyniadlı hissəsində yerləşən "Siçan" kosmodromundan göndərməyi planlaşdırır. Zondun artıq kosmodroma gətirildiyi bildirilir.
 
"Çane-5" missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.
 
2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır. 2030-cu ilədək çinlilər Marsa da kosmik gəmi göndərərək Qırmızı planetdən torpaq nümunələri götürmək niyyətindədirlər, - "Topwar" yazır.




20/09/14    Çap et