Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” şirkəti ikinci rübdə rekord nəticələrə nail olub
“Opera Software”-nin “Mozilla Firefox”, “Apple Safari” və “Google Chrome” kimi ciddi rəqiblərlə bazar vəziyyəti kifayət qədər çətindir.
Analitiklərin məlumatlarına əsasən, səyyah bazarında “Opera”-nın bazar payı 4%-dən aşağı olsa da, məhz “Opera” səyyah bazarının qocamanlarından biridir.
Lakin bununla belə Norveç şirkətinin maliyyə vəziyyəti elə də pis deyil. Bir gün əvvəl dərc edilmiş 2011-ci ilin ikinci rübünün hesabatına əsasən, “Opera” şirkətinin gəliri 29% artaraq, 31 milyon dollardan 40 milyon dollara çatıb. Bu göstərici “Opera” üçün rekord sayılır.
Şirkət gəliri müxtəlif yollarla - internet-axtarış sistemləri ilə, əməkdaşlıq vasitəsi ilə, öz səyyahının müxtəlif ixtisaslaşdırılmış qurğulara yerləşdirilməsi və ya mobil operatorlar ilə sazişlər hesabına əldə edir. Məhz mobil operatorlar ilə sazişlər “Opera” üçün əsas qazanc mənbəyidir.
26/08/11 Çap et