Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsraildə Milli Kibermüdafiə Agentliyi yaradılıb
“Agence France-Presse” nəşri yazıb ki, İsrailin baş naziri Benyamin Netanyahu Milli Kibermüdafiə Agentliyinin yaradılmasını elan edib.
"Yeni qurum yalnız Müdafiə Nazirliyi ilə bağlı əsas obyekt və təşkilatların müdafiəsinə deyil, həmçinin İsrail vətəndaşlarını kiberhücumlardan müdafiə edəcək" – nazirlərin iclasında Netanyahu vurğulayıb.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, İsrailin müdafiə naziri Moşe Yaalon, öz növbəsində deyib ki, ölkə düşmən dövlətlər, terror qrupları və hakerlər tərəfindən elektron hücum obyekti olub, amma bu hücumlar ciddi zərər vurmayıb.
Emil Hüseynov
22/09/14 Çap et