Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bahalı “BlackBerry Porsche Design P'9983” smartfonu nümayiş olundu ı
Kanadanın “BlackBerry” şirkəti yüksəksürətli “4G LTE” şəbəkəsini dəstəkləyən “BlackBerry Porsche Design P'9983” smartfonunu nümayiş etdirib.
Yeni aparatın korpusu bahalı materiallardan (paslanmayan polad və xüsusi şüşə lif) hazırlanıb. Kameraların obyektivi çox bərk sapfir şüşə ilə örtülüb.
“ICTnews" elektron xəbər xidməti “smartphone.ua” saytına istinadən bildirir ki, aparat 720x720 piksel təsvir ölçülü 3.1 düymlük ekran, 1.5 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon S4 Plus” prosessoru və “Adreno 225” qrafikası, 2 QB əməli və 64 QB daxili yaddaşla təchiz olunub. “microSD” formatlı yaddaş kartının köməyi ilə daxili yaddaşı artırmaq olar.
Cihaz, həmçinin 2100 milliamper/saat tutumunda akkumulyator, 2 meqapiksellik ön və LED işıqlandırıcı və avtofokuslama sisteminə malik əsas 8 meqapiksellik kameralar, FM-radio, “Wi-Fi 802.11n”, “Bluetooth 4.0”, GPS-ın və NFC simsiz modulları ilə təchiz olunub.
Smartfon “BlackBerry OS 10.3” əməliyyat sistemi ilə işləyir. Korpusun ölçüsü 119x67.1x10.6 mm, çəkisi 140 qram təşkil edir.
Aparat oktyabrda satışa çıxarılacaq. Qiyməti hələ ki məlum deyil.
Emil Hüseynov
22/09/14 Çap et