Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məhsuldar serverlərin satış həcmi 2.6% azalıb


“IDC”-nin tədqiqatına əsasən, 2014-cü ilin ikinci rübündə məhsuldar hesablamalar (High Performance Computing, HPC) üçün qlobal server satışlarının həcmi 2,45 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,6% daha azdır.
 
“ICTnews" elektron xəbər xidməti “servernews.ru” saytına istinadən bildirir ki, analitiklər “HPC” bazarında enişi superkompüterlərə aşağı tələbatla izah ediblər.
 
2014-cü ilin aprel-iyun aylarında “Departmental” ($100-250 min) kateqoriyasına məxsus məhsuldar server istehsalçılarının gəliri ötən illə müqayisədə 1% artaraq $892,2 milyon təşkil edib. “Divisional” seqmentində ($250-499 min) satışların həcmi 11,3% artaraq $388,7 milyon təşkil edib.
 
Analitiklər “HP” şirkətini ötən rübün nəticəsinə görə məhsuldar hesablamalar üçün ən böyük server satıcısı adlandırıblar. İkinci yerdə 26.4% göstəriciyə malik “IBM” qərarlaşıb. “Dell” (16,3 %) üçüncüdür.
 
Emil Hüseynov
 




22/09/14    Çap et