Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azericard” prosessinq mərkəzinin saytında daha bir bankın kreditlərini onlayn qaydada ödəmə imkanı yaradılıb


Artıq “Xalq Bank”ın müştəriləri kreditləri bankın “www.xalqbank.az” saytında və “Azericard” prosessinq mərkəzinin “www.azericard.com” internet səhifəsində onlayn ödəyə bilərlər.
 
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, bunun üçün plastik kartın və internetə qoşulmuş istənilən mobil cihazın (kompüter, planşet, mobil telefon) olması kifayətdir.
 
Krediti onlayn ödəmək üçün  borcalanın  şəxsiyyət vəsiqəsinin 7 rəqəmdən ibarət PİN-kodu və bankla müştəri arasında bağlanmış kredit müqaviləsinin nömrəsini bilmək lazım gəlir.
 
CAHANGİR




22/09/14    Çap et