İran Baş Prokurorluğu üç messencerə çıxışı niyə bağlayır?
İran Baş Prokurorluğu ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə “Viber”, “Tango” və “WhatsApp” messencerlərini bloklamaq barədə göstəriş verib. Bu barədə İranın “Press-TV” telekanalı məlumat verib.
Prokurorluğun məlumatına görə, servislər vasitəsilə islam və mənəvi dəyərlər ilə ziddiyyət təşkil edən ədəbsiz informasiyalar yayılıb.
Prokurorluq nümayəndələrinin fikrincə, bəzi materiallar İrana qarşı düşmənçilik münasibətləri bəsləyən hökumət idarələri tərəfindən yayılıb. Bununla əlaqədar Baş Prokurorluq servislərə çıxışı tezliklə bağlamağı tələb edib.
İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göstərişi yerinə yetirmək üçün bir ay vaxt verilib. Nazirliyin göstərişi yerinə yetirməyəcəyi təqdirdə əlavələrin bloklanması ilə ölkənin məhkəmə sistemi məşğul olacaq.
2014-cü ilin mayında qanunazidd kontentin aşkarlanması üzrə işçi qrup "WhatsApp” servisini bağlasa da, bir neçə gün sonra İranın kiberməkan üzrə Ali Şurası qadağanı qanunsuz hesab edərək onu ləğv edib.
İranda “Wikipedia” ensiklopediyasına, “YouTube”, “Instagram”, “WeChat” servislərinə, “AppStore” əlavələr mağazasına, eləcə də digər mobil və internet servislərinə çıxış bağlıdır, - “İTAR-TASS
www.itar-tass.com” yazır.