Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un yeni smart saatlarında NFC modulu olacaq


Cənubi Koreyanın “Samsung” şirkəti bir ay bundan əvvəl növbəti nəsil öz smart saatını nümayiş etdirib, amma “Apple Watch” qurğusunun bazara çıxarılması “Samsung”un mühəndislərini "ağıllı" saatın gələcək modeli haqqında düşünməyə vadar edib.
 
“Ferra” portalı yazır ki, “Samsung”un yeni smart saat modeli daktiloskopik datçik və NFC modulu ilə təchiz olunub. Bu texniki dəst smart saatlarda ondan ötrü lazımdır ki, “Samsung” şirkəti smart saatlarında məhsul və xidmətlərin ödənişi üçün öz metodunu reallaşdıra bilsin.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, mənbələr xəbər verir ki, korporasiya artıq populyar “PayPal” ödəmə sistemi ilə əməkdaşlıq edir. Biometrik həllərə gəlincə, o zaman “Synaptics” şirkəti Cənubi Koreya nəhənginə kömək göstərə bilər. Cari plana əsasən, Cənubi Koreya şirkətinin yeni xidməti dünyanın 50 müxtəlif ölkəsində əlçatan olmalıdır.
 
Emil Hüseynov
 

 




22/09/14    Çap et