Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” Böyük Britaniyada ən yaxşı brend elan edilib
"The Independent" nəşri "CoolBrands" sorğusuna istinadən yazır ki, ABŞ-ın "Apple" şirkəti üçüncü dəfə Böyük Britaniyada ən populyar brend elan edilib. Tədqiqatda 2 min istehlakçı və 37 tanınmış şəxsdən ibarət ekspert şurası iştirak edib.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, qəzet yazır ki, "iPhone" və "iPad" istehsalçısı reytinqdə birinci yerdə qərarlaşıb.
"Aston Martin" brendi ikinci, "Nike" üçüncü olub. İlk onluqda "Google", "YouTube", "Dom Perignon", "Rolex" və "Netflix" kimi brendlər yer alıb.
Emil Hüseynov
22/09/14 Çap et