Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti “Google” üçün 9 düymlük “Nexus” planşetini təqdim edəcək


“Google” şirkəti “HTC”-ni “Nexus” brendinə məxsus 9 düymlük planşetin istehsalçısı kimi seçib. Növbəti nəsil planşet oktyabrın 8-də nümayiş etdiriləcək.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “The Wall Street Journal” nəşri yazır ki, son aylar ərzində “HTC”-in mühəndisləri daima “Google”un qərargahına gedib-gəliblər. Qəzet yeni aparatın necə adlandırılacağını açıqlamır.
 
Bəzi məlumatlara görə, aparat “Nexus 9” adlandırılacaq və “Nexus 7” modeli ilə müqayisədə daha baha satılacaq: 399 dollar (16 QB yaddaş) və ya 499 dollar (32 QB).
 
Emil Hüseynov
 
 
 
 




23/09/14    Çap et